Xəzər dənizində dalğanın hündürlüyü 2,5 metrə çatdı

Xəzər dənizində dalğanın hündürlüyü 2,5 metrə çatdı

Hazırda oxunan: Xəzər dənizində dalğanın hündürlüyü 2,5 metrə çatdı

69358

Milli Hidrometeorologiya Xidmətinin aprelin 13-ü saat 02:00-a olan məlumatına əsasən, ölkə ərazisində müşahidə olunan güclü şimal-qərb küləyi davam edir.

Xidmətdən Bizim.Media-ya bildiriblər ki, küləyin ani maksimal sürəti Ağdam, Naftalan, Bərdə və Tərtərdə 24-30, Zərdabda 24, Beyləqanda 20, Şəmkirdə 16 metr/saniyəyə çatıb.

Bakıda və Abşeron yarımadasında - Bakıda küləyin sürəti 28, Maştağada 23, Neft Daşlarında 21, Çilov adasında 18, Pirallahıda 15 metr/saniyəyədək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 2,5 metrə çatıb.

Şimal-qərb küləyinin sürətinin aprelin 13-ü gecə 25-30, səhər saatlarında 18-23, gündüz 15-18 metr/saniyəyədək olacağı, axşam isə 12 metr/saniyəyədək mülayimləşəcəyi gözlənilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO