Azərbaycanda küləyin sürəti 38 m/s çatıb - FAKTİKİ HAVA

Azərbaycanda küləyin sürəti 38 m/s çatıb - FAKTİKİ HAVA

Hazırda oxunan: Azərbaycanda küləyin sürəti 38 m/s çatıb - FAKTİKİ HAVA

69331

Milli Hidrometeorologiya Xidməti faktiki havanı açıqlayıb.

Xidmətdən Bizim.Media-ya verilən xəbərə görə, aprelin 12-si saat 21:00-a olan məlumatına əsasən, ölkə ərazisinin bəzi yerlərində şimal-qərb küləyi güclənib.

Küləyin sürəti Ağdamda arabir 38 m/s, Bərdə və Tərtərdə 36 m/s, Ağdamda 34 m/s, Gəncədə 33 m/s, Naftalanda 32 m/s, Bərdə, Tovuz, Daşkəsəndə 28 m/s, Kəlvəzdə 25 m/s, Zərdab, Ağstafa, Şəmkir, Gədəbəydə 24 m/s, Balakəndə 21 m/s - dək güclənib, digər rayonlarda isə 15-20 m/s arasında gücləndiyi müşahidə edilir.

Ölkə ərazisində güclü küləkli hava şəraitinin aprelin 13-ü axşamadək davam edəcəyi gözlənilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO