Bərdədə güclü külək dağıntılar törətdi - YARALILAR VAR

Bərdədə güclü külək dağıntılar törətdi - YARALILAR VAR

Hazırda oxunan: Bərdədə güclü külək dağıntılar törətdi - YARALILAR VAR

69324

Bərdədə güclü külək bir sıra fəsadlar törədib.

Bizim.Media-nın yerli bürosu xəəbər verir ki, rayonun bir necə kəndində fərdi yaşayış evlərinə, habelə Bərdə şəhərinin Heydər Əliyev prospektində yerləşən fərdi yaşayış evinə ciddi ziyan dəyib. 

Güclü külək elektrik təsərrüfatına da ciddi ziyan vurub. Elektrik dirəkləri aşıb, xətlər isə qırılıb. Nəticədə rayona verilən elektrik enerjisində fasilələr yaranıb. 

İri gövdəli ağaclar və ağacların budaqları küləyin təsirindən qırılıb. Nəticədə minik avtomobillərinə də ziyan dəyib. Həmçinin, iri gövdəli ağacın yaşayış evinin üstünə aşması nətucəsində 3 nəfər xəsarət alıb.
Bərdə Rayon İcra Hakimiyyətinin Fövqaladə hallar komissiyasından bildirilib ki, dağıntılarla bağlı araşdırma aparılır, fəsadlar aradan qaldırılır. Qeydiyyat işləri başa catdıqdan sonra təmir və bərpa işlərinə başlanılacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO