“Dünən mən Bakıxanov qəsəbəsində seçicilərimlə görüşdüm. 15 nəfər məşğulluq idarəsindən deyil, məndən iş istəyirdilər. Bundan başqa 5 insan isə məndən borc istəyirdi, bankdan yox".
Bu fikirləri bu gün Milli Məclisin keçirilən növbəti plenar iclası zamanı deputat Fazil Mustafa bildirib.
O, qeyd edib ki, insanların sosial durumları ağırdır, bunu hansısa yolla həll etmək lazımdır:
"Soruşuram niyə belə problemləriniz var? Öyrənirəm ki, birini " Akkord" şirkəti Qazaxıstanda işlədib, pulunu verməyib. Bundan başqa rayon yerlərində çoxunun maaş, pensiya kartları sələmçilərdədi, borc götürüblər oradan pulları çıxılır, özləridə borc qaytarırlar deyə, dolana bilmirlər. Bu məsələləri həll edib, insanların rifahını düşünmək lazımdır".
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:10 / 12.04.2022
Deputat: \"Akkord\" işçiləri işlədib, pulunu verməyib\"
Hazırda oxunan: Deputat: \"Akkord\" işçiləri işlədib, pulunu verməyib\"
Hazırda oxunan: Deputat: \"Akkord\" işçiləri işlədib, pulunu verməyib\"
69202
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.