"Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələrinin standartlarına uyğunlaşdırılması istiqamətində aparılan islahatlar davam etdirilir".
Bizim.Media xəbər verir ki, bunu müdafiə naziri general-polkovnik Zakir Həsənov aprelin 12-də Azərbaycanda səfərdə olan Türkiyənin Baş Qərargahının Kəşfiyyat rəisi korpus generalı Rafet Dalkıranın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə deyib.
MÖVZU İLƏ BAĞLI:
Zakir Həsənov türkiyəli generalla görüşdü – FOTO
Müdafiə naziri Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığı ilə Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələrinin standartlarına uyğunlaşdırılması istiqamətində aparılan islahatların davam etdirildiyini qeyd edib.
Bizim.Media