Bu gün Zaqatalanın Dardoqqaz kəndində Vətən Müharibəsi şəhidi, mayor Abakar Hacıyevin doğum günü qeyd olunub.
Bizim.Media xəbər verir ki, tədbirdə rayon ictimaiyyəti və Müdafiə Nazirliyinin nümayəndələri, kənd sakinləri, ailə üzvləri və hərbçi yoldaşları iştirak edib.
Abakar Hacıyevin məzarını gün ərzində respublikanın müxtəlif yerlərindən gəlmiş məktəbli və müəllimlər də ziyarət edib.
Ağdam 152 saylı köçgün məktəbinin şagird və müəllim kollektivi də ziyarətçilər arasında olub.
Məktəbin direktoru Əkrəm Mirzəyev belə vətənpərvər oğul böyütdüyünə görə Abakarın anası Pirdas Hacıyevaya minnətdarlıq edib.
Şəhidin məzarı başında çıxış edən Yeni Azərbaycan Partiyasının (YAP) Zaqatala rayon təşkilatının sədri Habil Qurbanov Abakar Hacıyevin döyüşdə göstərdiyi şücaət və həmişə irəli getməyindən qürurla danışıb.
24 il Azərbaycan Ordusunda qüsursuz xidmət etmiş Abakar Hacıyevin həyat yolunun gənclərə gözəl nümunə olduğu deyilib. Daha sonra məktəblilərin ifasında hərbi vətənpərvərlik şeirləri səsləndirilib.
Şəhidin anası Pirdas Hacıyeva da oğlunun xatirəsini uca tutan hər kəsə təşəkkür edib.
Qeyd edək ki, Abakar Hacıyevin 3 övladı var.
Xatırladaq ki, Vətən Müharibəsi başlayanda Qusarda hərbi hissə komandirinin müavini işləyən Abakar Hacıyev döyüşün ilk günündən əsgərləri ilə öndə gedib və 2020-ci il oktyabr ayının 27-də Xocavəndin Qırmızı bazar yaşayış məntəqəsi ərazisində artilleriya mərmisinin partlaması nəticəsində şəhid olub.
Aytəkin Alxaslı,Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:56 / 11.04.2022
Şəhid mayor Abakar Hacıyev doğum günündə belə anıldı - FOTO
Hazırda oxunan: Şəhid mayor Abakar Hacıyev doğum günündə belə anıldı - FOTO
Hazırda oxunan: Şəhid mayor Abakar Hacıyev doğum günündə belə anıldı - FOTO
69051
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.