Masallıda qaz xəttinin keçdiyi ərazidə qanunsuz qazıntı işləri aparıldı - VİDEO 

Masallıda qaz xəttinin keçdiyi ərazidə qanunsuz qazıntı işləri aparıldı - VİDEO 

Hazırda oxunan: Masallıda qaz xəttinin keçdiyi ərazidə qanunsuz qazıntı işləri aparıldı - VİDEO 

69048

Masallıda Magistral Qaz  Xəttinin keçdiyi ərazidə qanunsuz qazıntı işləri aparılıb.

Bizim.Media-nın cənub bürosunun məlumatına görə, Masallı rayonunun Yeyənkənd ərazisində - Viləş çayının yataq hissəsində qanunsuz olaraq  qazıntı və daşınma işləri həyata keçirilib. 

Qazıntı işləri Astara Magistral Qaz Xəttinin dirəklərini saxlayan təpəlikdə aparıldığından qaz kəməri üçün təhlükə yaranıb.

Bu həmçinin kənd əhalisi üçün də ciddi narahatlıqlar yaradıb. Bu barədə Bizim.Media-nın yerli bürosuna kənd sakinləri müraciət edib.

Yeyənkənd kənd sakini Eyvazov Zahid İsmayıl oğlu baş verən qanunsuzluqlarla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə yazılı müraciət etdiyini və əraziyə baxış keçirilərkən faktın təsdiq olunduğunu deyir. Lakin dövlətin balansında olan torpaqlarda qazıntı və daşınma işlərinin kimlər tərəfindən həyata keçirildiyi müəyyən olunmadığından iş Masallı Rayon Polis Şöbəsinə həvalə edilib.

Şiyayətçinin sözlərinə görə, ərazidə qazıntı işlərinin aparılması üçün göstəriş verənin də işi icra edən şəxslərin də kimliyi açıqlansa da hələlik heç bir nəticə yoxdur.

Bir aydan artıq müddətin keçməsinə baxmayaraq magistral qaz xətti və əhali üçün təhlükə qalmaqdadır.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO