Arvadını çəkiclə öldürmək istəyən şəxsdən XƏBƏR VAR

Arvadını çəkiclə öldürmək istəyən şəxsdən XƏBƏR VAR

Hazırda oxunan: Arvadını çəkiclə öldürmək istəyən şəxsdən XƏBƏR VAR

69002

Bakıda arvadını öldürməyə cəhddə təqsirləndirilən Sərdar Namazovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs 7 il 10 ay müddətində azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən ilin oktyabrında paytaxtın Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, 1957-ci il təvəllüdlü S.Namazov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı 1969-cu il təvəllüdlü Gülnarə Namazovanın baş nahiyəsinə çəkiclə çoxsaylı zərbələr vuraraq onu qəsdən öldürməyə cəhd edib.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd etmə) maddəsi ilə cinayət işi başlanıb.

S.Namazov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO