Co Baydenin prezidentliyi yarımçıq qalacaq, Rusiya qarışacaq... – ASTROLOQ - VİDEO

Co Baydenin prezidentliyi yarımçıq qalacaq, Rusiya qarışacaq... – ASTROLOQ - VİDEO

Hazırda oxunan: Co Baydenin prezidentliyi yarımçıq qalacaq, Rusiya qarışacaq... – ASTROLOQ - VİDEO

6900

Pandemiya səngiyəcək, Ermənistan Azərbaycanla ilk iqtisadi əlaqələrini quracaq, Qarabağ hər zaman Azərbaycanın tərkibində olacaq.

Astroloq Səbuhi Rəhimli 2021-ci il üçün Bizim.Media-ya proqnozlarını açıqlayarkən belə deyib.

Onun sözlərinə görə, 2021-ci ilin astroloji proqnozu problemlərin öhdəsindən gəlmək üçün bizə güclü olmağımız kömək edəcək. Bəs 2021-ci ilin özünəməxsusluğu nədir?

Onun sözlərinə görə, öküz ilinin iki devizi var haqlı və güclü olmaq. 2021-ci ilin öküz ili olmasına baxmayaraq, il nisbi sabitlik ilə yadda qalacaq. Ancaq öküz ili 1000 illik tarixi boyu təbii fəlakətləri ilə xarakterizə olunub. 

Bizim.Media yeni təqvim ili ərəfəsində astroloq Səbuhi Rəhimli ilə maraqlı söhbət edib. 97-ci ildən hər il ənənəsinə sadiq qalan astroloq hər il 25 ictimai siyasi proqnoz verir. Onun keçən il verdiyi proqnozlardan ancaq 2-si özünü doğrultmayıb.

- Mən 90-cı illərin sonlarından, haradasa 1997-ci ildən hər il ənənəmə uyğun olaraq 25 ictimai siyasi proqnoz verirəm. İndiyə qədər 2-3 proqnozum səhv çıxıb. 2004 ci ildə verdiyim bütün 25 proqnozum doğru çıxıb. Olub ki, hansısa siyasi şərhçi mənim verdiyim proqnozu qətiyyətlə təkzib edib. Ancaq sonda haqlı tərəf mən olmuşam. Məsələn Corc Buşun hakimiyyəti dövründə ABŞ Fars körfəzinə iki təyyarə daşıyan gəmi göndərmişdi. 3-cü gəmi də artıq yolda idi, müharibə qaçılmaz idi. Hətta Kandaliza Rays iyun ayında İranın vurulacağı barədə anons etmişdi. Ancaq mən bunu təkzib etdim, sonda heç bir müharibə olmadı.

- 2020-ci ildə neçə proqnozunuz özünü doğrultmadı?

- 2020-ci ildə verdiyim 25 proqnozdan 2-si yanlış oldu. Bu il dünya tamamilə dondu, hər şey kökündən dəyişdi və proqnozlar da özlərini doğrultmadı. Əsas Qarabağda heç bir hərbi əməliyyatların başlamayacağı və siyasi liderlərə sui-qəsd olacağını demişdim. Düzdür, sonradan dünyada bir neçə siyasi liderə sui-qəsd olduğunu bildirdilər. Hətta prezidenti Trampa qarşı impeçment tətbiq olunacağı barədə xəbərləri mən təkzib etmişdim. Bəzi insanlar isə bu sözlərimin yalan olduğunu deyirdilər, sonda isə mən haqlı çıxdım. 

- Ölkəmiz haqqında verdiyiniz hansı proqnoz 2020-ci ildə özünü doğrultdu?

- Ötən il belə bir proqnoz vermişdim ki, ölkədə istefalar olacaq. Köhnə qvardiyadan olan əsas insanlar ağır zərbələr alacaq. Gördüyünüz kimi Ramiz Mehdiyev rəsmi şəkildə vəzifəsindən getdi, Əli Həsənov ölkədən qaçdı. Bİr proqnozumda da istefaların episentrində icra başçıları və nazirlərin olacağını demişdim. Beləliklə, il ərzində 16 icra başçısı  və dörd nazir tutduğu vəzifədən uzaqlaşdırıldı. 2021-ci ilin proqnozuna görə isə, istefalar əsasən polis, prokurorluq və ədliyyə işçiləri arasında olacaq.

- 2020-ci il COVID-19 pandemiyası ilə yadda qaldı, bunun haqqında nəsə proqnozunuz vardı? 2021-ci il hansı xüsusiyyətlərinə görə yadda qalacaq?

- 2020-ci ildə ilin ilk aylarında Çinin siyasi və iqtisadi nüfuzuna böyük zərbə dəyəcəyi barədə proqnoz vermişdim. Bu virus Çindən başladı, həyat donduruldu, turizmi demək olar ki, yox səviyyəsinə endi. Düzdür, statistikaya görə ABŞ-da koronavirusdan daha çox insanın vəfat etdiyi göstərilsə də, əslində Çində daha çox tələf olan var. Sadəcə, demokratik ölkə olmadığına görə statistikalar gizlədilir. 2021-ci ilin payızına qədər böyük müharibələr gözlənilmir. Ola bilər hansısa etnik və kiçik münaqişələr olacaq. Əslində pandemiyanı astrologiyada proqnozlaşdırmaq olmur. Ancaq deyə bilərəm ki, 2021-ci ilin may ayının sonları xəstəlik passiv fazaya keçəcək.

- 2021-ci ilin ən sabit və ən təhlükəli regionları hansılar olacaq?

- İlin aktiv ölkələri İran, İraq, Qafqaz regionlarıdır. Rusiyada isə vəziyyət qarışacaq. Putinə hakimiyyətini qorumaq çox çətin olacaq. Onun hakimiyyətdə olduğu müddət ərzində yaşamadığı bir gərginlik, postunu itirmək təhlükəsi yaranacaq. İlin birinci yarısı Ərdogan admnistrasiyası üçün də çətin olacaq. Onun üçün son 5 ilin ən çətin dönəmi olacaq. Çox güman ki, ölkədə kənar müdaxilələr çoxalacaq. Bundan başqa Orta Asiya, Çində gərginliklər yaşanacaq. Latın Amerikası və Şimali Afrika ölkələrində iğtişaşlar yaşanacaq. Fələstin İsrail münasibətlərində isə nisbətən yumşalmalar yaşanacaq. İlk dəfə olaraq Azərbaycan və Ermənistan arasında iqtisadi əlaqələr yaranacaq. Avropada da vəziyyət sabit olacaq.

- Təbii fəlakətlər ən çox harada yaşanacaq?

- Mən ilin proqnozunu hazırlamamışdan əvvəl hər zaman tarixi xronologiyaya baxıram. Öküz ili son 1000 ildə təbii fəlakətlər, əsasən vulkan püskürmələri ilə yadda qalıb. Artıq dekabrın sonlarına doğru Cənubi Amerika ərazisində yerləşən böyük vulkan ocağında oyanmalar meydana gəlib. İkinci yerdə zəlzələlər durur. Məsələn siçovul ilində atmosfer çox təmizləndi, hətta bu yaxınlarda Bakıdan Şahdağın görünməsi haqqında fotolar da yayıldı.

- 2020-ci ildə Qarabağı nə gözləyir?

- Mən ilk proqnoz verdiyim vaxtlardan hər zaman demişəm ki, Qarabağ heç vaxt Ermənistanın olmayacaq. Bundan başqa Qarabağ heç zaman müstəqil respublika statusu almayacaq, bu birmənaldır. Ora rus yox, kim gəlir gəlsin. Qarabağ hər zaman Azərbaycanın tərkibində olacaq. Xırda antiterror əməliyyatları nəzərə almasaq, 2021-ci ildə Qarabağda heç bir müharibə, iğtişaş olmayacaq.

- Ermənistanda vəziyyət necə olacaq? Paşinyanın hakimiyyətini nə gözləyir?

- Onu qeyd edim ki, əgər Paşinyan fevral ayının sonuna qədər təzyiqlərə tab gətirə bilsə, hakimiyyətdən getməyəcək. Paşinyan hakimiyyətdə qaldığı təqdirdə Türkiyə və Azərbaycanla əlaqələrə daha üstünlük verəcək və bunu bacaracaq. Bu da Ermənstanı tədricən xilasa doğru aparmasına zəmin yaradacaq.

- Bir az Co Baydenin prezident seçilməsindən danışaq. Onun hakimiyyət dövrü dünyada necə yadda qalacaq? Sona qədər yüksək postda qala biləcəkmi?

- Co Baydenin siyasi kursu 2021-ci ilin mart ayından yavaş-yavaş özünü göstərməyə başlayacaq. Onun aparacağı siyasət xətti dünyanın düzənini tamamilə müsbətə doğru dəyişəcək. Ancaq Co Bayden axıra qədər postunda qala bilməyəcək. Dəqiq deyə bilmərəm ki, vəfat edəcək, xəstələnəcək və ya özü istefa verəcək, lakin bir onu bilirəm ki, sona qədər vəzifəsini icra edə bilməyəcək.

- 2021-ci il Öküz ilinin şərti nə olacaq?

- Siçovul ilinin devizi  “əlində olan mövqeyi qoru”. Öküz il isə insandan iki şey tələb edəcək: Haqlı və güclü olmaq.

- Bəs, 2021-ci ildə hansı bürclər aktiv, hansılar isə passiv olacaq?

- Bayaq dediyim şərtlərə kim əməl etsə, o bu il aktiv olacaq. Astroloji baxım bir az fərqlidir. Əvvəlcədən ilə uyğun məlumat toplamaq lazımdır. Şərtlərə mütləq riayət etmək lazımdır. Bizim qarşımıza çıxan problemlərimiz seçimlərimizin səhv olmağından irəli gəlir. Çünki insan öz enerjisi ilə hər bir şeyi maqnit kimi özünə çəkir. Uğurlu bürclərə gəldikdə isə bu il Çin qoroskopuna görə il hansı gündə təhvil olursa o günün planeti il boyu aparıcı planet olur.

Bu il Çin qoroskopuna görə, 12 fevral tarixində təhvil olacaq. Bu tarix cümə gününə düşdüyünə görə, həmin günün himayədarı Venera planetidir. Veneranın da himayəsində iki bürc var: Buğa və Tərəzi. Bunlar ilin ən aktiv bürcləridir.Tərəzi və Buğa biri hava, digəri torpaq ünsürüdür. Bu ünsülərin bürcləri digərlərinə nəzərən daha şanslı olacaq. Torpaq ünsürləri buğa, qız, oğlaq, hava ünsürləri isə əkizlər, tərəzi və dolça bürcləridir. Çin qoroskopuna görə dostluq üçbucağı isə Öküz, Xoruz və İlan ilidir.

- İlin rəngi hansılardır?

- 2021-ci ilin ən aktiv rəngləri ağın bütün çalarları, tüng göy və bənövşəyidir.

Vüsalə Balayeva, Bizim.Media

 




 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO