DİN-dən 16 yaşlı qızın ana olması ilə bağlı AÇIQLAMA

DİN-dən 16 yaşlı qızın ana olması ilə bağlı AÇIQLAMA

Hazırda oxunan: DİN-dən 16 yaşlı qızın ana olması ilə bağlı AÇIQLAMA

68993

“Gəncədə azyaşlı qızın uşaq dünyaya gətirməsi məsələsini Gəncə şəhər Baş Polis İdarəsi nəzarətə götürüb. Artıq araşdırmalara başlanılıb və yaxın vaxtlarda faktlara hüquqi qiymət veriləcək”.

Bu açıqlamanı Bizim.Media-nın yerli bürosuna DİN-in mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis leytenantı Eşqin Qasımov verib. 
 

MÖVZU İLƏ BAĞLI:

Gəncədə azyaşlı qız ana oldu


Onun sözlərinə görə, 2006-cı il təvəllüdlü S.A yeniyetmə yaşına çatmamış olduğundan onun ailə qurması və uşaq dünyaya gətirməsi Azərbaycan qanunvericiliyinə zidd bir əməldir:

“Gəncə şəhər Baş Polis İdarəsində məsələnin araşdırılmasına başlanılıb. Əgər faktlar öz təsdiqini taparsa, bu işdə əli olanlar cinayət məsuliyyətinə cəlb olunacaqlar” deyə Eşqin Qasımov əlavə edib.

Məqsəd Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO