\

\"Azəriqaz\"ın rəhbəri döyülən əməkdaşa baş çəkdi - FOTO

Hazırda oxunan: \"Azəriqaz\"ın rəhbəri döyülən əməkdaşa baş çəkdi - FOTO

68748

“Azəriqaz” İB-nin baş direktoru Ruslan Əliyev bir neçə gün öncə xidməti vəzifəsini yerinə yetirərkən abonentin fiziki hücumuna məruz qalmış İB-nin əməkdaşı Ağamirzə Vəliyevə baş çəkib.

Bizim.Media xəbər verir ki. zərərçəkmiş əməkdaşın sağlıq durumu və qayğıları ilə yaxından maraqlanıb. Bildirib ki, əməkdaşlarımıza qarşı olunan bu hal yolverilməzdir. 

Ruslan Əliyev zərərçəkmiş əməkdaşa tezliklə sağlıq durumunun düzəlməsini və yenidən işinə qayıtmasını arzulayıb. 

Sonra baş direktor Birliyin əməkdaşı Ağamirzə Vəliyevi “Azəriqaz” İB-də faydalı işinə, nümünəvi əmək failiyyətinə və Həmkarlar İttifaqı hərəkatında fəal iştirakına görə Fəxri Fərman və qiymətli hədiyyə ilə təltif edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO