"Əhalinin qazdan istifadəsi azalıb" - Baş direktor 

Hazırda oxunan: "Əhalinin qazdan istifadəsi azalıb" - Baş direktor 

68631

"Azəriqaz" İstehsalat Birliyi 2022-ci ilin birinci rübündə 3 milyard 276 milyon kubmetr qaz qəbul edib. 

Bizim.Media xəbər verir ki, bunu birliyin baş direktoru Ruslan Əliyev bu gün keçirilən mətbuat konfransında deyib. 

O bildirib ki, təkcə mart ayı ərzində 1 milyard 114 milyon kubmetr qaz qəbul edilib. 

"Yanvar-mart aylarında qəbul olunmuş qazın 706 milyon kubmetri sənaye, 2 milyard 570 milyon kubmetri isə əhali istehlakı üzrədir. O cümlədən, mart ayı üzrə 251 milyon kubmetr sənaye, 763 milyon kubmetri isə əhali istehlakı üzrə olub", - deyə Baş direktor bildirib. 

Onun sözlərinə görə, 2021-ci ilin birinci rübü ilə müqayisədə bu il 247 milyon kubmetr əlavə qaz qəbul edilib:

"Əhali istehlakı üzrə 60 milyon kubmetr azalma olub, qeyri-əhali üzrə isə 307 milyon kubmetr artıq qaz qəbul olunub". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO