Sumqayıtda qardaş bacısını GÜLLƏLƏDİ – Ərindən boşanıb başqası ilə... 

Sumqayıtda qardaş bacısını GÜLLƏLƏDİ – Ərindən boşanıb başqası ilə... 

Hazırda oxunan: Sumqayıtda qardaş bacısını GÜLLƏLƏDİ – Ərindən boşanıb başqası ilə... 

68630

Sumqayıtda qardaş bacısını tüfənglə güllələyib. 

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. 

Bildirilib ki, Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinə aprelin 7-də Köhnə Corat qəsəbəsində yaşayan M.Mirzəbabazadənin evinin həyətində münaqişə zəminində tüfəngdən açdığı atəşlə bacısı R.Məmmədovaya xəsarət yetirməsi barədə məlumat daxil olub. 

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M.Mirzəbabazadə şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib. 
Ondan cinayəti törədərkən istifadə etdiyi qeydiyyatda olmayan, nömrəsi silinmiş “TOZ-34EP” markalı tüfəng götürülüb. 

Xatırladaq ki, sosial şəbəkələrdə qardaşın bu əməlini bacısının ərindən boşanıb, başqa bir şəxslə yaşadığını öyrəndikdən sonra törətdiyi iddia olunub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO