Zakir Həsənov Kəlbəcər və Laçında döyüş mövqelərində olub - VİDEO

Zakir Həsənov Kəlbəcər və Laçında döyüş mövqelərində olub - VİDEO

Hazırda oxunan: Zakir Həsənov Kəlbəcər və Laçında döyüş mövqelərində olub - VİDEO

68603

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti dövlət sərhədinin Kəlbəcər və Laçın rayonu sahəsində yerləşən bir sıra döyüş mövqelərinə baxış keçirib, burada xidmət edən hərbi qulluqçuların sosial-məişət şəraiti ilə maraqlanıb.

Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyindən məlumat verilib. 

Qeyd olunub ki, döyüş növbətçiliyinin gecə və gündüz keyfiyyətli təşkili və aparılması üçün hər cür şərait mövcuddur. Müşahidə məntəqələri müasir texniki avadanlıqlarla təchiz olunub. 

General-polkovnik Z.Həsənov şəxsi heyətlə görüşərək onların qayğıları ilə maraqlanıb, xidmətlərində uğurlar arzulayıb. Hərbi qulluqçular dövlət sərhədində xidmət etməkdən qürur duyduqlarını və burada yaradılan şəraitə, göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər. 

Müdafiə naziri döyüş növbətçiliyinin təşkili və qoşunların döyüş qabiliyyətinin daha da artırılması ilə bağlı vəzifəli şəxslər qarşısında konkret tapşırıqlar qoyub. 
Sonra nazir Kəlbəcər və Laçın rayonlarında yeni istifadəyə verilmiş hərbi obyektlərə baxış keçirib.  

Daha sonra nazirliyin rəhbər heyəti hərbi hissələrin parkında texnikaların saxlanma şəraiti, istismarı və göstərilən texniki xidmətin keyfiyyəti ilə maraqlanıb.  

Sonda Kəlbəcər və Laçın rayonlarında tikintisi davam edən bir neçə hərbi obyektdə aparılan inşaat işlərinin gedişatını yoxlayan nazir tikinti işlərinin keyfiyyətli aparılması ilə əlaqədar müvafiq tapşırıq və tövsiyələrini verib. 

Bizim.Media

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO