Bakıda gecə klubunda partlayışa görə həbs edilən Rəsul Rəsulovun apellyasiya şikayətinə baxılıb.
Bizim.Media xəbər verir ki, bu barədə APA-ya onun vəkili məlumat verib.
Vəkil bildirib ki, Bakı Apellyasiya Məhkəməsində R. Rəsulovun şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb.
MÖVZU İLƏ BAĞLI:
Gecə klubunda partlayışa görə tutulan Rəsul Rəsulovla bağlı YENİ XƏBƏR
Qeyd edək ki, Rəsul Rəsulov istintaq zamanı yanğın təhlükəsizlik qaydalarının riayət edilməsinə məsul olan iaşə obyektini icarəyə götürmüş “Merser food” MMC-də administrator işləyib.
Rəsul Rəsulovla yanaşı “Merser food” MMC-nin təsisçisi-klubun meneceri Orxan Səfərov, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin 2-ci Ərazi Dövlət Yanğın Ərazi idarəsinin inspektoru Ruslan Məmmədov saxlanılıb. Binəqədi rayon Məhkəməsinin qərarı ilə hər 3 şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, aprelin 3-də gecə klubunda baş verən partlayış zamanı 2 nəfər ölüb, 36 nəfər yaralanıb.
Bundan başqa, 14 avtomobil, 1 mənzil və 2 qeyri yaşayış obyektinə ziyan dəyib.
Bizim.Media