Mingəçevirdə bir nəfər çalışdığı mağazadan 7 min manat oğurladı

Mingəçevirdə bir nəfər çalışdığı mağazadan 7 min manat oğurladı

Hazırda oxunan: Mingəçevirdə bir nəfər çalışdığı mağazadan 7 min manat oğurladı

68482

Mingəçevirdə Qədiroğlu ticarət şəbəkəsinin mağazalarından birindən oğurluq edən şəxs saxlanılıb.

Bizim.Media-nın məlumatına görə, isti izlərlə Şəhər Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində mağazadan 7 min manat nəğd pul və müşahidə kameralarının yaddaş kartlarını oğurlamaqda  şübhəli bilinən şəhər sakini Elşən Babayev saxlanılaraq istintaqa cəlb olunub.

Əldə olunan məlumata görə, saxlanılan şəxs şirkətin öz əməkdaşıdır və kamera müşahidəçisi vəzifəsində işləyirmiş.

Oğurluq pulları özü ilə götürən şəxs çıxardığı yaddaş kartlarını mağazanın anbarında gizlədib.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO