Gəncədə avtoxuliqanlıq edən, yol hərəkəti qaydalarını pozan sürücü saxlanılıb.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə şəhər ərazisində yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq digər sürücülərə təhlükə yaradan, cəmiyyətə hörmətsizlik edən sürücü saxlanılaraq barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbir görülüb.
Aparılan araşdırmalara əsasən Gəncə şəhər sakini Zakir Mayilov müxtəlif vaxtlarda şəhərin bir sıra küçə və yollarında avtoxuliqanlıq hərəkətləri edib.
O, idarə etdiyi “VAZ” markalı avtomobillə yollarda intizamsızlıq edib, yol hərəkəti qaydalarını kobud şəkildə pozub.
Saxlanılan sürücü barəsində Gəncə şəhər BPİ-nin DYPŞ-nin əməkdaşları tərəfindən inzibati qaydada protokollar tərtib olunaraq baxılması üçün Məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə Z. Mayilov sürücülük hüqundan 1 il müddətinə məhrum olmaqla 500 manat miqdarında cərimə edilib.
Məqsəd Rəhimov, Bizim.Media