"Azəriqaz" əməkdaşına kəllə vuran şəxs həbs edildi

Hazırda oxunan: "Azəriqaz" əməkdaşına kəllə vuran şəxs həbs edildi

68447

Aprelin 5-də saat 16.30-da "Azəriqaz" İstehsalat Birliyində çilingər işləyən Bakı şəhər sakini Ağamirzə Vəliyev döyülməsi ilə bağlı Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinə müraciət edib.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Daxili İşlər Nazirliyi mətbuat xidmətinin inspektoru, polis mayoru Anar Qafarov yayıb.

"O, Bakı şəhəri Nəsimi rayonu, 3-cü Alatava küçəsindəki evlərdən birinə gələrək həmin ünvanda qaz sayğacında nasazlıq yarandığından yenisi ilə əvəz edilməsinin vacib olmasını ev sahibinə bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

“Azəriqaz”ın əməkdaşı abonent tərəfindən döyüldü - FOTO


Qaz sayğacını əvəz edən zaman A.Vəliyev və ev sahibi Ədalət Hüseynov arasında mübahisə yaranıb. Mübahisə zamanı ev sahibi onu nalayiq ifadələrlə təhqir edərək başı ilə alın nahiyyəsindən 2 dəfə baş zərbəsi endirib.

Nəticədə A.Vəliyev yerə yıxılaraq baş nəhiyyəsindən xəsarət alıb.

O, hadisədən sonra xəstəxanaya müraciət edib və tibbi müayinədən keçməklə, polis bölməsi tərəfindən xəsarət dərəcəsinin müəyyən edilməsi məqsədi ilə ekspertizaya göndərilib. 

A.Vəliyevi döyüb bədən xəsarəti yetirən Bakı şəhər sakini, əvvəllər Cinayət Məcəlləsinin 128-ci və 263.1-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilən Ədalət Hüseynov Nəsimi rayon Polis İdarəsi əməkdaşları saxlayaraq İstintaq şöbəsinə təhvil verib və barəsində Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə cinayət işi başlanaraq həbs edilib".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO