Prokuror arvadını çəkiclə öldürmək istəyən şəxsə cəza istədi

Prokuror arvadını çəkiclə öldürmək istəyən şəxsə cəza istədi

Hazırda oxunan: Prokuror arvadını çəkiclə öldürmək istəyən şəxsə cəza istədi

68339

Bakıda həyat yoldaşını öldürməyə cəhddə təqsirləndirilən şəxsin işi üzrə məhkəmə prosesi keçirilib.

Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Dövlət ittihamçısı S.Namazovun 7 il 10 ay 15 gün azadlıqdan məhrum edilməsini istəyib.

Zərərçəkmiş Gülnarə Namazova prokurora etiraz edib. O bildirib ki, həyat yoldaşı onu çəkiclə vurandan sonra qulaqları eşitmir və gözləri görmür.

Proses aprelin 11-də davam edəcək.

Binəqədi rayon Prokurorluğunun yaydığı məlumata görə, hadisə ötən il oktyabrın 25-də Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsində baş verib.

Qəsəbə sakini 52 yaşlı Gülnarə Namazovaya xəsarətlər yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla zərərçəkmişin əri 64 yaşlı Sərdar Namazovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Gülnarə Namazovanın baş nahiyəsinə çəkiclə çoxsaylı zərbələr vuraraq onu qəsdən öldürməyə cəhddə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29.120.1 -ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Sərdar Namazov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO