“Mayda Azərbaycanda qapalı məkanlarda maska taxmaq tələbi də aradan qaldırılacaq”.
Bunu Bizim.Media-ya açıqlamasında tibb elmləri doktoru Adil Qeybulla Azərbaycanda pandemiya ilə bağlı mövcud vəziyyəti dəyərləndirərkən deyib:
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanda tibbi maska ləğv ediləcəkmi? - AÇIQLAMA
“Görünən odur ki, hazırda işlər məhz bu istiqamətdə gedir. Bu fonda yəqin ki, may ayı ərzində hələ qüvvədə olan bəzi qapalı yerlərdə maska taxmaq məsələsinə də birdəfəlik son verilə bilər.
Düzdür, pandemiya prosesi hələ sona çatmayıb. Ümumdünya Səhiyyə Təşkilatının bu barədə ortada raportu da yoxdur. Bu baxımdan ölkəmizdə karantin qaydaları yumşalsa da, müəyyən məhdudiyyətlər qalır. Lakin Azərbaycanda proses indiki şəkildə davam edərsə, may ayından başlayaraq, qapalı məkanlarda maska taxmaq tələbi də aradan qaldırılacaq.
Hesab edirəm ki, artım və yeni sürpürüzlər olmayacaqsa, may ayının əvvəlində avtobuslar və digər qapalı məkanlarda maska taxmaq tələbi də aradan götürülməlidir.
Yəni mövcud vəziyyəti nəzərə almaq şərtilə ən azından may ayından başlamaqla insanlara bu istiqamətdə daha tam sərbəstlik verilməlidir”.
Rüfət Sultan, Bizim.Media