Bakıda şirkət rəhbərinə qarşı dələduzluq edən şəxsdən XƏBƏR VAR

Bakıda şirkət rəhbərinə qarşı dələduzluq edən şəxsdən XƏBƏR VAR

Hazırda oxunan: Bakıda şirkət rəhbərinə qarşı dələduzluq edən şəxsdən XƏBƏR VAR

68299

Bakıda dələduzluqda təqsirləndirilən Nicat Əlizadəyə hökm oxunub və ona şərti cəza verilib.

Bizim.Media xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Hökmə əsasən, təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılıb.

İttihamə əsasən, N.Əlizadə "Asena" MMC-nin müdiri vəzifəsində işləyən tanışı Sevda Nəcəfovanın etibarından sui-istifadə edib.

Belə ki, o, şirkətin vergi borcunu İT (informasiya texnologiyaları) yolu ilə təsdiqləyəcəyinə dair MMC rəhbərinə yalan vəd verərək onu inandırıb. Bu yollla N.Əlizadə S.Nəcəfovanın ümumilikdə 88 000 manat pulunu dələduzluq yolu ələ keçirib.
Məhkəmədə təqsirləndirilən şəxs ifadəsində bildirib ki, hazırda zərərçəkmişə dəymiş maddi ziyandan 41 000 manat pulu ödəyib: "Qalan pulu da qısa müddət ərzində ödəyəcəm".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO