Qubanın bu kəndində “Şəhidlər park”ı salınır - FOTO

Qubanın bu kəndində “Şəhidlər park”ı salınır - FOTO

Hazırda oxunan: Qubanın bu kəndində “Şəhidlər park”ı salınır - FOTO

68289

Quba rayonunun Vladimirovka kəndində “Şəhidlər park”ı sallınır.

Bizim.Media xəbər verir ki, ümumi sahəsi 8 min kvadratmetr olan parkda sakinlərin istirahəti və asudə vaxtlarının təşkili üçün hər bir şərait yaradılacaq.

Vladimirovka inzibati ərazi dairəsinə daxil olan 5 kənd Birinci Qarabağ və 44 günlük Vətən müharibəsində 21 şəhid verib. “Şəhidlər park”ında bütün qubalı şəhidlərin xatirəsi əbədiləşdiriləcək.

Parkda hazırda son tamamlama işləri görülür. Tezliklə parkda oturacaqlar və işıqlandırma sisteminin quraşdırılması başa çatdırılacaq. Park ərazisində dekorativ kol və ağaclardan ibarət yaşıllıq salınacaq.
Vladimirovka kəndinin mərkəzi küçəsi də yenidən qurularaq asfalt döşənəcək.

Parkın aprelin sonunadək sakinlərin istifadəsinə verilməsi nəzərdə tutulub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO