Gəncədə dəvətsiz toya gəldi, yedi-içdi və... – FOTO

Gəncədə dəvətsiz toya gəldi, yedi-içdi və... – FOTO

Hazırda oxunan: Gəncədə dəvətsiz toya gəldi, yedi-içdi və... – FOTO

68274

Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis İdarəsinin Cinayət Axtarışı Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisindəki şadlıq saraylarından vətəndaşlara məxsus 2 ədəd mobil telefonu oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. 

Bizim.Media-nın yerli bürosu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupuna istinadən məlumata verir ki, araşdırmalar zamanı məlum olub ki, Goranboy rayon sakini Vahid Dadaşov dəvət edilmədiyi halda şadlıq sarayına qonaq qismində gəlib və orada spirtli içki qəbul etdikdən sonra digər qonaqlara məxsus, ümumi dəyəri 500 manat olan 2 ədəd mobil telefonu oğurlayıb. 

Şübhəli şəxs maddi sübutlarla birlikdə saxlanılaraq istintaqa təhvil verilib, faktla bağlı araşdırmalar davam etdirilir.

Məqsəd Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO