Şəmkirdə yaşayış evində yanğın - Qadın meyiti aşkarlandı

Şəmkirdə yaşayış evində yanğın - Qadın meyiti aşkarlandı

Hazırda oxunan: Şəmkirdə yaşayış evində yanğın - Qadın meyiti aşkarlandı

68215

Fərdi evdə başvermiş yanğın hadisəsi zamanı dünyasını dəyişən, 1967-ci il təvəllüdlü Cəmilə İsmayıl qızı Məmmədovadır.

***

Şəmkir rayonunda yanğın hadisəsi qeydə alınıb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, rayonun Əliyaqublu kəndində yaşayış evi yanıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəmkir rayon Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşın və canlı qüvvəsi cəlb olunub. 

Yanğın zamanı ümumi sahəsi 100 kvadratmetr olan, bir mərtəbəli ev içərisindəki əşyalarla birgə tamam yanıb.

Hadisə yerinə baxış zamanı yanmış qadın meyiti aşkarlanıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

Məqsəd Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO