Toponimiya komissiyasının tərkibində dəyişikliklər edildi

Toponimiya komissiyasının tərkibində dəyişikliklər edildi

Hazırda oxunan: Toponimiya komissiyasının tərkibində dəyişikliklər edildi

68132

Toponimiya komissiyasının tərkibində dəyişikliklər edilib. 

Bizim.Media xəbər verir ki, “Milli Məclis yanında Toponimiya komissiyasının tərkibi haqqında” Milli Məclisin Qərarında dəyişikliklər edilməsi” barədə qərar layihəsi parlamentin aprelin 5-də keçirilən iclasında müzakirəyə çıxarılıb.

Dəyişikliklə Toponimiya komissiyasının vəfat edən üzvləri – Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) H.Əliyev adına Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədov və AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Müasir Azərbaycan dili şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru, professor Qara Məşədiyev Komissiyanın üzvlərinin siyahısından çıxarılıb. 

Onları AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru, professor Akif İmanlı və AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Elşad Abışovla əvəz edib. 

Milli Məclis Aparatı rəhbəri xidmətinin Ərazi vahidlərinin və bələdiyyələrin dövlət reyestri sektorunun müdiri İman Eminov isə Milli Məclis Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin İnzibati ərazi və bələdiyyə məsələləri üzrə qanunvericilik sektorunun müdiri Aqşin Məmmədzadə ilə əvəz edilib. 

Qərar layihəsi səsverməyə çıxarılaraq qəbul olunub. 

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO