AZAL İtaliyaya uçuşları bərpa edir - Həftədə 2 reys

AZAL İtaliyaya uçuşları bərpa edir - Həftədə 2 reys

Hazırda oxunan: AZAL İtaliyaya uçuşları bərpa edir - Həftədə 2 reys

68117

“Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakıdan İtaliyanın Milan şəhərinə uçuşları bərpa edir. 

Bu barədə Bizim.Media-ya AZAL-dan bildirilib. 

Məlumata görə, xüsusi aviareyslər mayın 21-dən, hər həftənin çərşənbə və şənbə günləri həyata keçiriləcək.

Aviabiletləri azal.az saytında, həmçinin aviadaşıyıcının akkreditə olunmuş agentliklərində rəsmiləşdirmək mümkün olacaq. 

Reyslərə yalnız qeyd olunan daşınma şərtlərinə cavab verən və COVID-19 pandemiyası səbəbindən tətbiq edilən məhdudiyyətlər şəraitində uçuş icazəsi olan sərnişinlər kateqoriyası qəbul olunacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO