Bakı-Quba yolundakı problem HƏLL EDİLMİR - “Məcburuq ki, Prezidentə müraciət edək”

Bakı-Quba yolundakı problem HƏLL EDİLMİR - “Məcburuq ki, Prezidentə müraciət edək”

Hazırda oxunan: Bakı-Quba yolundakı problem HƏLL EDİLMİR - “Məcburuq ki, Prezidentə müraciət edək”

68073

“Erməni həmkarınıza verdiyiniz cavabı yüksək qiymətləndirirəm. Sizin erməni həmkarınızın sözünü iki dəfə kəsərək verdiyiniz cavablar Azərbaycan dövlətinin gücünü nümayiş etdirdi”. 

Bizim.Media xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Vahid Əhmədov qeyd edib. 
 

MÖVZU İLƏ BAĞLI:

Milli Məclisin plenar iclası başladı – 17 məsələ müzakirə ediləcək


Deputat fikirlərinin davamından Bakı-Quba yolundakı problemlərə də diqqət çəkib: 

“Keçən iclasda da qeyd etmişdim ki, Bakı-Quba yolu ilə bağlı ciddi tədbirlər görülsün. Daha sonra Baş nazir, nazir müavini ilə görüşdüm və yolların bərpası üçün vəsaitin ayrılmasını xahiş etdim. Lakin bir neçə gün öncə o yolla Qubaya, Xaçmaza getdim.

Yollar yenə də bərbad vəziyyətdədir və getmək mümkün deyil. Alternativ yolun çəkilməsi isə çözüm deyil.  İstər Baş nazir, nazir müavinləri, istərsə də, nazirlərin Quba, Qusar, Xaçmazda villaları var və həftədə bir dəfə o yoldan istifadə edirlər. Ora turizm zonasıdır. O yolu bir dəfə gedən adam bir də getmək istəmir. Baş nazir, onun müavini bilirsə və bunu həll etmirsə, məcburuq ki, biz Prezidentə müraciət edək”. 

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO