Deputat feministlərə QARŞI – “3-5 gündən bir təlimat verib çıxarırsınız küçələrə”

Deputat feministlərə QARŞI – “3-5 gündən bir təlimat verib çıxarırsınız küçələrə”

Hazırda oxunan: Deputat feministlərə QARŞI – “3-5 gündən bir təlimat verib çıxarırsınız küçələrə”

68066

“Mitinq ac ukraynalı uşaq üçün nə qədər səmərəli ola bilər? Əgər siz mitinqin vacibliyinə inanırsınızsa, 30 il ərzində beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmək üçün, Qarabağda itkin düşən 4 min vətəndaşımızla bağlı mitinq keçirmirsiniz?” 

Bizim.Media xəbər verir ki, bu fikirləri millət vəkili Bəhruz Məhərrəmov Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib. 

Belə ki, deputat Milli Şuranın aprelin 2-də təşkil etmək istədiyi Ukraynaya dəstək aksiyasını tənqid edib: 

“Avropada dəstə-dəstə gəzirlər. 3-5 nəfər gedib Avropa Parlamentinin qarşısında bu məsələləri qaldırsınlar. Bütün gün eyni adamlar, eyni müsahib internet kanallarında boş-boş danışır. Bir saat söyüş söymə, əvəzində 4 min azərbaycanlının taleyini gündəmə gətir. Niyə bir dəfə troll ordunuzu bu məsələlərə sərf etmirsiniz? 3-5 gündən bir feministlərə təlimat verib çıxarırsınız küçələrə. Niyə həmin feministlər 30 ildir talelərindən xəbər olmayan qadınların hüquqlarından danışmırslar? Onlar da qadın hüquqlarıdır”. 

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO