Seçici siyahıları dəqiqləşdirildi - Yanvarın 10-da start vermişdi

Seçici siyahıları dəqiqləşdirildi - Yanvarın 10-da start vermişdi

Hazırda oxunan: Seçici siyahıları dəqiqləşdirildi - Yanvarın 10-da start vermişdi

68029

Bu gün dairə seçki komissiyalarında (DSK) seçici siyahılarının dəqiqləşdirilməsi prosesi başa çatır.

Bizim.Media xəbər verir ki, bu il Azərbaycanda seçici siyahılarının dəqiqləşdirilməsinə yanvarın 10-da başlanılıb.

Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq DSK-lar ən gec aprelin 5-dək seçki dairələri üzrə dəqiqləşdirilmiş ilkin seçici siyahılarını Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edilməlidir.

MSK da öz növbəsində vahid seçicilər siyahısının ölkə üzrə tərtib edilməsini həyata keçirməlidir. Seçicilərin daimi siyahısı hər bir seçki məntəqəsi üzrə məntəqə seçki komissiyası tərəfindən MSK-nın müəyyənləşdirdiyi formada hər il mayın 30-dək təsdiq edilməlidir.

Beləliklə, prosesə ən gec may ayının sonuna qədər yekun vurulmalı və ölkə üzrə yenidən tərtib olunmuş vahid seçicilər siyahısı MSK-nın rəsmi internet səhifəsində yerləşdirilməlidir.
Qeyd edək ki, bu ilin dövlət büdcəsində MSK-ya 18 milyon 469 min 693 manat ayrılıb. Bu vəsaitin 5 milyon 798 min 583 manatı 2022-ci ildə seçici siyahılarının dəqiqləşdirilməsinə xərclənəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO