Bu şəxslərin maaşları artırılacaq - RƏSMİ

Bu şəxslərin maaşları artırılacaq - RƏSMİ

Hazırda oxunan: Bu şəxslərin maaşları artırılacaq - RƏSMİ

67974

Azərbaycanda dövlət orqanlarında (qurumlarında) çalışan işçilərin, o cümlədən hüquq mühafizə orqanları əməkdaşlarının, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın Katibliyinin işçilərinin, habelə hakimlərin sosial təminatının yaxşılaşdırılması və korrupsiya hüquqpozmalarının qarşısının alınması fəaliyyətinin gücləndirilməsi məqsədilə həmin şəxslərin əməkhaqlarının mərhələlərlə artırılması üzrə tədbirlər davam etdiriləcək, bununla bağlı təkliflər hazırlanacaq.

Bizim.Media xəbər verir ki, bu barədə məsələlər “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı” üzrə Tədbirlər Planında əksini tapıb.

Sənədə əsasən, məsələnin əsas icraçısı Nazirlər Kabineti, digər icraçıları Maliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ədliyyə Nazirliyidir.
Habelə, bu məsələnin icrası ilə bağlı Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya, Ali Məhkəmə, Baş Prokurorluğa da tövsiyə verilib.

Qeyd edilən müddəanın icra müddət 2022-2026-cı illərdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO