Baharın gəlişi ilə kimlər xoşbəxt olur? - Yaz aşiqi BÜRCLƏR

Baharın gəlişi ilə kimlər xoşbəxt olur? - Yaz aşiqi BÜRCLƏR

Hazırda oxunan: Baharın gəlişi ilə kimlər xoşbəxt olur? - Yaz aşiqi BÜRCLƏR

67951

Baharın gəlişi yeniliyi, təbiətin oyanışını təmsil etdiyi üçün əksəriyyətin ən sevdiyi fəsil məhz yazdır.

Maraqlı məqamsa ondan ibarətdir ki, fəsillərə olan sevgimiz bürclərimizlə sıx bağlıdır.

Bəs, kimlər yazı digər fəsillərdən daha çox sevir?

Oxatan 

Yeni macəraları sevən oxatanlar yaz aylarını maksimum dəyərləndirməyi bacarırlar. Oxatanlar üçün yaz romantik ab-hava və yeni həyata qədəm qoymaq imkanı deməkdir.  

Əkizlər 

Hava ünsürünü təmsil edən əkizlər üçün yaz fürsətlər və ətraf mühitə adaptasiya imkanı deməkdir. Tez-tez əhvalı dəyişən əkizlər yazın dəyişkən havasına da asanlıqla uyğunlaşa bilirlər.

Qız 

Bu bürcün nümayəndələri kəskin havaya qarşı həssaslıqları ilə seçilirlər. Lakin yazın mülayim havası qızlara sevgi və uğur qazanmaq üçün böyük imkanlar yaradır.

Qoç

Aralıq fəsillər (yaz və payız) qoçların daha rahat olduğu dövrlərdir. Çünki onlar yayda isti, qışda isə soyuqdan gileylənirlər. Lakin yazı sevən qoçlar üçün bu fəsil mülayim havada çıxılan uzun yürüşlər və dostlarla romantik ab-hava deməkdir.

Tərəzi

Tərəzilər gecə və gündüzün bərabərliyini təmsil edirlər. Payız onların doğulduğu fəsil olsa da, yaz da tərəzilər tərəfindən çox sevilir. Xüsusilə də, baharın mülayim havası tərəzilər üçün əvəzolunmazdır.

Balıq

Yaz balıqlar üçün yeniliklər fəslidir. Həyatlarında daima yenilik arayışında olan balıqlar üçün yazın ən böyük çətinliyi geyim seçməkdə çətinlik çəkmələri ilə bağlıdır. Lakin bahar xəyalpərəst balıqlar üçün yaradıcılıq imkanları baxımından ən uyğun dövrdür.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO