Gecə klubundakı partlayışla bağlı 3 qurumdan birgə MƏLUMAT – Yaralıların SON DURUMU...

Gecə klubundakı partlayışla bağlı 3 qurumdan birgə MƏLUMAT – Yaralıların SON DURUMU...

Hazırda oxunan: Gecə klubundakı partlayışla bağlı 3 qurumdan birgə MƏLUMAT – Yaralıların SON DURUMU...

67913

Səbail rayonu ərazisində yerləşən obyektdə baş vermiş partlayış zamanı ümumilikdə 37 nəfər müxtəlif dərəcəli xəsarət alıb, 1 nəfər vəfat edib.

Bizim.Media Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin birgə yaydığı məlumata istinadən xəbər verir ki, hazırda xəstəxanalarda hadisə nəticəsində xəsarət alan 16 nəfər var.
 

MÖVZU İLƏ BAĞLI:

TƏBİB yaralananların sağlıq durumunu açıqladı


Onlardan 13-ü dövlət tibb müəssisələrində müalicəsini davam etdirir.

Reanimasiya şöbəsində müalicə alan 7 nəfərdən 3-nün vəziyyəti kritikdir. Stasionarda müalicə alan digər 5 nəfərin vəziyyəti stabil ağır, 4-nün vəziyyəti orta ağır olaraq qiymətləndirilir.

Qeyd edək ki, tibb mütəxəssisləri yaralıların ailələri ilə mütəmadi əlaqə saxlayaraq onları yaxınlarının sağlamlıq durumu barədə məlumatlandırır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO