Qubalı sahibkarın TƏKLİFİ: “Geniş tutumlu su hövzələri...” - VİDEO

Qubalı sahibkarın TƏKLİFİ: “Geniş tutumlu su hövzələri...” - VİDEO

Hazırda oxunan: Qubalı sahibkarın TƏKLİFİ: “Geniş tutumlu su hövzələri...” - VİDEO

67736

Bir müddət əvvəl mart qarı ilə  təəccübləndirən Qubada indi yazın gəlişi özünü göstərir. Havanın son 3 gündə istiləşməsi dağ çaylarında sululuğu artırıb. Ötən gün Qubanın mənbəyini dağlardan alan Cağacuq çayına sel gəlib.

Xoşbəxtlikdən sel hər hansı fəsad yaratmayıb.Yaz tarla işlərinə start verən kəndlilər isə çaylarda suyun çoxamasını yayda quraqlıq olmayacağı baxımından qənaətbəxt hesab edir.

Bizim.Media xəbər verir ki, qubalı sahibkar İldırım Məmmədov isə fərqli düşünür.

Onun sözlərinə görə, "Azərbaycanda suvarma suyundan düzgün istifadə edilməlidir. Bax, indi hava istiləşib, dağlara yağan qar əriyir, xoşbəxtlikdən fəsad yaratmayıb, boş-boşuna axıb dənizə  gedir. Suvarma sistemində çalışanlar  su ehtiyatını artırmaq üçün geniş tutumlu su hövzələri yaratmaqda maraqlı olmalıdırlar.

Bir fakt deyim, mən araşdırmışam, Şabranda dəmiryol xəttinin aşağısında yerləşən sahədə 12 metrdən şirin su var. Yay başlayanda hamı quraqlıqdan şikayət edəcək. Allahın verdiyi su ehtiyatımızdan düzgün istifadə etsək, quraqlıqla da rastlaşmarıq".

İldırım Məmmədov təklif və iradlarını müvafiq dövlət qurumlarına  çatdırdığını deyib.

Aytəkin Alxaslı, Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO