Ağdamda su arxına yıxılan kişi öldü - YENİLƏNİB

Ağdamda su arxına yıxılan kişi öldü - YENİLƏNİB

Hazırda oxunan: Ağdamda su arxına yıxılan kişi öldü - YENİLƏNİB

67564

Ağdamda baş verən bədbəxt hadisə ilə bağlı bəzi təfərrüatlar məlum olub. 

Bizim.Media-nın Qarabağ bürosunun məlumatına görə, meyidi tapılan Ə.Rzayev eplepsiya xəstəliyindən əziyyət çəkirmiş.

Həmçinin, onun iki gündür ailə üzvləri tərəfindən axtarılıdığı deyilir.

***

Ağdamda kənd sakini arxda boğularaq ölüb.

Bizim.Media-nın Qarabağ bürosu xəbər verir ki, hadisə rayonun Rzalar kəndində qeydə alınıb.

Bədbəxt hadisə zamanı 54 yaşlı Əlyəddin İsa oğlu Rzayev həyatın itirib. 

Hadisənin tam təfərrüatı hələki məlum olmasa da, sakinlər Onun kəndin yaxınlığından keçən, suvarma üçün istifadə edilən su arxına yıxılaraq köməksiz vəziyyətdə qaldığı üçün öldüyünü bildirirlər. 

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO