“Yüksəliş”ə qeydiyyat mərhələsi başa çatdı - 3 mindən çox namizəd...

“Yüksəliş”ə qeydiyyat mərhələsi başa çatdı - 3 mindən çox namizəd...

Hazırda oxunan: “Yüksəliş”ə qeydiyyat mərhələsi başa çatdı - 3 mindən çox namizəd...

67388

“Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsi başa çatıb.

Bizim.Media xəbər verir ki, 2022-ci il fevral ayının 17-dən başlayan mərhələ 2022-ci il 31 mart 18:00-da tamamlanıb.

Bu müddətdə 12299 şəxs qeydiyyatdan keçib. Bununla da, ikinci "Yüksəliş" müsabiqəsinə qeydiyyat üçün müraciət ötən il ilə müqayisədə daha çox qeydə alınıb.

Qeydiyyatdan keçənlərin 8495-i kişi, 3804-ü qadındır. Bu il qeydiyyat üçün müraciət edən 3203 namizəd ilk müsabiqədə də iştirak edib.

Qeydiyyat mərhələsi ərzində bölgələrdə əhalinin "Yüksəliş" müsabiqəsinə əlçatanlığını təmin etmək, qeydiyyat mərhələsində texniki dəstək göstərmək, müsabiqə ilə bağlı əhalini məlumatlandırmaq məqsədilə fevralın 21-i tarixindən 11 martadək “Yüksəliş” müsabiqəsinin İşçi qrupunun nümayəndələri 22 bölgəyə səfər edib. 

Ümumilikdə qeydiyyatdan keçənlərin ərazi üzrə bölgüsündə Bakı, Sumqayıt, Gəncə şəhərlərindən olan namizədlər üstünlük təşkil edir.

Müsabiqədə iştirak üçün mümkün yaş aralığı 21-51 yaş olduğunu nəzərə alaraq müraciət edənlər arasında 21 yaşını tamamlamış 39 nəfər, 51 yaşını tamamlamış 3 nəfər namizəd yer alır.
Hazırda müsabiqənin İşçi qrupu qeydiyyatdan keçən şəxslərin qeydiyyat zamanı daxil etdikləri məlumatların yoxlanılmasını həyata keçirir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO