Azərbaycan Mərkəzi Bankının sığorta bazarı üzrə açıqladığı hesabata görə, sığorta növləri üzrə daxilolmaların həcmində geriləmə müşahidə olunub.
Belə ki, hazırkı dövr ərzində icbari sığorta növlərindən əldə olunan sığorta haqlarının həcmi illik müqayisədə 17,6% azalaraq 35,171 mln. manata düşüb. “Ata Sığorta”, “Atəşgah Sığorta” və digər bu kimi sığorta şirkətlərində sözügedən yığım enişi müşahidə olunur.
İqtisadçı ekspert İlkin İbrahimov Bizim.Media-ya sığorta haqlarının həcmindəki azalmanın səbəblərini açıqlayıb.
Onun sözlərinə görə, həyat sığortalarının vətəndaşlara qaytarılması statistikaya təsir göstərir:
“Mərkəzi bank bu ilin sığorta yığımı və ödənişləri ilə bağlı hesabat təqdim edib. Göründüyü kimi 8 sığorta şirkətində geriləmə baş verib. Hətta qeyd etmək istəyərdim ki, ötən ildən fərqli olaraq bu il “Paşa Həyat” və “Paşa Sığorta” şirkətindən başqa 8 milyon manatdan yuxarı sığorta haqqı yığımları demək olar ki, yoxdur və ödənişlər də 2,6 dəfə azalıb.
Bu ötən il aparılan həyat sığortalarının yığımları ilə bağlıdır. Həmin yığımların 3-5 ildən bir vətəndaşlara qaytarılması prosesi aparılır. Sözügedən proses keçən il baş verdi və sığorta ödənişlərində biz böyük rəqəmləri müşahidə etdik.
Digər tərəfdən Dövlət Sığorta Kommersiya şirkəti (Azərsığorta) icbari şəxsi sığortalarla bağlı ölkə rəhbərliyinin fərmanı ilə Sosial Müdafiə fonduna verildi. Bunun da böyük təsiri oldu”.
Həmçinin ekspert bildirib ki, hazırkı statistikalar təhülkəli hesab edilmir, ilin sonunda rəqəmlərdə dəyişiklik gözləniləndir:
“Sığorta yığımlarına gəldikdə isə hazırki rəqəmlərin səbəbini avto-nəqliyyat vasitələrinin icbari sığortası ilə bağlamaq düzgün deyil. Qeyd olunan sığorta sektorunun statistikasında ümumi götürdükdə 60-70 milyon manat edir və rəqəmlərə təsiri yoxdur. Pandemiyanın fəsadlarından irəli gələn səbəblərə görə, bir çox sığorta şirkətləri dayanıb və statistikada yer almayıblar ona görə də hazırki statistika bu qədər aşağıdır. Amma önümüzdəki aylarda statistikanın müsbət tərəfə dəyişəcəyi gözləniləndir”.
Səkinə Yusibli, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
09:30 / 01.04.2022
Sığorta şirkətləri niyə tənəzzül edir? – Əsas SƏBƏBLƏR
Hazırda oxunan: Sığorta şirkətləri niyə tənəzzül edir? – Əsas SƏBƏBLƏR
Hazırda oxunan: Sığorta şirkətləri niyə tənəzzül edir? – Əsas SƏBƏBLƏR
67374
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.