Lənkəran şəhərində Soyqırım qurbanları parkındakı “Ana” abidəsi önündə 1918-ci il mart soyqırımının 104-cü ildönümü ilə bağlı anım mərasimi keçirilib.
Bizim.Media xəbər verir ki, mərasimdə Lənkəran ŞİH başçısı Taleh Qaraşov, İcra hakimiyyətinin rəsmi şəxsləri, hüquq-mühafizə orqanlarının, idarə, təşkilat və müəssisələrin rəhbərləri, əmək kollektivləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Həzin musiqi sədaları altında abidəni ziyarət edənlər abidə önünə tər çiçəklər düzərək soyqırım qurbanlarının xatirəsini bir daha ehtiramla anıblar.
Mərasimdən sonra tədbir iştirakçıları Lənkəran Dövlət Dram Teatrında 31 mart-Azərbaycanlıların soyqırımı qurbanlarına həsr olunmuş tamaşanı seyr ediblər.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:21 / 31.03.2022
Lənkəranda Azərbaycanlıların soyqırımı qurbanları ehtiramla anıldı - FOTO
Hazırda oxunan: Lənkəranda Azərbaycanlıların soyqırımı qurbanları ehtiramla anıldı - FOTO
Hazırda oxunan: Lənkəranda Azərbaycanlıların soyqırımı qurbanları ehtiramla anıldı - FOTO
67346
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.