Həyətyanı sahələrdə fərdi su quyularının mütləq əksəriyyəti ödənişsiz olacaq

Həyətyanı sahələrdə fərdi su quyularının mütləq əksəriyyəti ödənişsiz olacaq

Hazırda oxunan: Həyətyanı sahələrdə fərdi su quyularının mütləq əksəriyyəti ödənişsiz olacaq

67343

Sudan istifadə ilə bağlı yeni qaydaların şərhi ilə bağlı yaranmış anlaşılmazlıqlarla əlaqədar bildiririk ki, sözügedən Qaydalar su ehtiyatlarından ödənişli istifadə sahəsində indiyədək ayrı-ayrı qanunvericilik aktlarında pərakəndə şəkildə tənzimlənən və dəqiq uçotun və qiymətləndirmənin aparılmasına imkan verməyən mexanizmləri vahid sənəddə birləşdirilməsinə yönəlib.

Bizim.Media xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər nazirinin müşaviri Rasim Səttarzadə bildirib.

Onun sözlərinə görə, bu qaydalar su ehtiyatlarının istifadəsi və mühafizəsi tədbirlərinin iqtisadi tənzimlənməsinin prinsiplərindən biri kimi hazırlanmışdır. 

"Qaydaların təsdiq edilməsi ümumilikdə ölkəmizdə su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi istiqamətində aparılan islahatlara öz töhfəsini verəcək, israfçılığın qarşısı alınacaq. 
Torpaq sahələrinin sahibləri öz ehtiyaclarını ödəmək üçün təzyiqsiz su quyularının qazılmasını və istismarını ödənişsiz həyata keçirə bilərlər.

Bu baxımdan xüsusi vurğulamaq lazımdır ki, əhalinin həyətyanı sahələrində istifadə etdiyi fərdi su quyularının mütləq əksəriyyəti bu kateqoriyaya aiddir, yəni ödənişdən azaddır. 

Ümumi istifadədə olan su obyektlərindən çimərlik, qayıqla gəzinti, idman, balıq və digər su bioresurslarının həvəskar ovu, mal-qaranın suvarılması, texniki qurğulardan istifadə etmədən sugötürmə məqsədilə istifadə də ödənişsizdir. 
Mingəçevir su anbarından başlayaraq Xəzərə dənizinə qədər Kür çayı üzrə sudan istifadəsinin tənzimlənməsi suya qənaət etməyə və ondan səmərəli istifadə etməyə və duzlaşma probleminin həllinə də kömək edəcəkdir", - deyə o bildirib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO