Şəkər tozu BAHALAŞDI: Kiloda 20 qəpik, kisədə 6 manat artım şirniyyatlara da TƏSİR ETDİ - ARAŞDIRMA

Şəkər tozu BAHALAŞDI: Kiloda 20 qəpik, kisədə 6 manat artım şirniyyatlara da TƏSİR ETDİ - ARAŞDIRMA

Hazırda oxunan: Şəkər tozu BAHALAŞDI: Kiloda 20 qəpik, kisədə 6 manat artım şirniyyatlara da TƏSİR ETDİ - ARAŞDIRMA

67323

Azərbaycanda marketlərdə şəkər tozunun qiyməti bahalaşıb. Kiloqramı 1 manat 30 qəpiyə satılan bu məhsul hazırda market fərqinə görə 1 manat 40 və 1 manat 50 qəpiyə təklif olunur. 

Bizim.Media bununla bağlı bir neçə marketlərdə müşahidə aparıb. Məlum olub ki, əsasən xaricdən idxal olunan məhsulun həm kiloqramla, həm də kisə ilə satışında qiymətlər qalxıb.

Belə ki, 50 kiloqramlıq şəkər tozunun qiyməti əvvəl 65 manata satılırdısa, hazırda 72 manata təklif olunur. 5 kiloqramlıq şəkər tozu kisəsinin satışı isə 9 manat 70 qəpiyədir. 

Market sahibləri ilə söhbətimizdə o da aydın oldu ki, hazırda ölkədə şəkər tozu ilə bağlı qıtlıq müşahidə olunmur. Dediklərinə görə kifayət qədər bu məhsul var və bəzən belə xəbərlərlə birlərəkdən ajiotaj yaradılır.
Təbii ki, qeyd olunan rəqəmlər marketlərə və yerləşdikləri yerə görə dəyişir.

Hələki qiymətləri qaldırmayan market “OBA” marketlər şəbəkəsidir ki, burada şəkər tozunun kiloqramı 1 manat 31 qəpiyə təklif olunur.

Onu da öyrənməyə çalışdıq ki, şəkər tozunun qiymətindəki dəyişiklik  şirniyyat sexlərində də bahalaşma yaradıb. Bəzi “işbazlar” şəkər tozunun hahalaşması fürsətindən yararlanaraq, şirniyyatların və tortların da qiymətində artımlar ediblər. 

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO