Ağsuda tanışını qətlə yetirən şəxsin məhkəməsi başlayır

Ağsuda tanışını qətlə yetirən şəxsin məhkəməsi başlayır

Hazırda oxunan: Ağsuda tanışını qətlə yetirən şəxsin məhkəməsi başlayır

67265

Ağsuda tanışını qətlə yetirməkdə təqsirləndirilən Orxan Qaçayevin cinayət işi üzrə məhkəməsi başlayır.

Bizim.Media xəbər verir ki, iş baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Bilal Məmmədovun sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin hazırlıq iclası aprelin 12-nə təyin edilib.

Qeyd edək ki, hadisə ötən ilin dekabrında Ağsu rayonunun Padarqışlaq kəndi ərazisində qeydə alınıb.

Belə ki, 1991-ci il təvəllüdlü O.Qaçayev şəxsi münasibətlər zəmnində aralarında yaranan mübahisə zamanı bıçaqla Sabirabad rayon sakini, 1992-ci il təvəllüdlü Məmmədkərim Dərgahlıya xəsarətlər yetirərək qətlə yetirib.
O.Qaçayev barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO