Lerikdəki sürüşmə zonasında daha 5 ev var - Əraziyə baxış keçirildi

Lerikdəki sürüşmə zonasında daha 5 ev var - Əraziyə baxış keçirildi

Hazırda oxunan: Lerikdəki sürüşmə zonasında daha 5 ev var - Əraziyə baxış keçirildi

67220

Xəbər verdiyimiz kimi, dünən Lerik rayonunun Lərmərüd kəndində 300-400 metr yuxarıda olan qalın torpaq qatı aşağıya doğru sürüşüb. Nəticədə kənd sakini, 1959-cu il təvəllüdlü Nəbulla Məmmədhüseyn oğlu Baxşıyevə məxsus yamacda yerləşən 4 otaqlı ev, şəxsi təsərrüfat, iribuynuzlu heyvanlar üçün tikilmiş tövlə, 4 baş qaramal və 4 baş buzov torpaq altında qalıb.

Bizim.Media xəbər verir ki, Lerik rayonunda baş verən torpaq sürüşməsinin digər evlər üçün təhlükəsi öyrəniləcək. 
 

MÖVZU İLƏ BAĞLI:

Lerikdə sürüşmə - Yaşayış evi torpaq altında qaldı


Sürüşmənin baş verdiyi  Lərmərüd kəndində əraziyə yaxın daha  5 ev var. 

Rayon  Fövqəladə Hallar üzrə komissiyasının  sədri  Habil  Məlikovun  bildirdiyinə görə, FHN və ETSN-nin mütəxəssisləri rayona dəvət olunub.  

Əraziyə baxış keçirilib, lazımi  prosedurlar həyata keçiriləndən sonra  ətrafdakı evlər üçün nə dərəcədə təhlükənin olub-olmadığı müəyyən olunacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO