Yuxuda at görmək nə mənaya gəlir?

Yuxuda at görmək nə mənaya gəlir?

Hazırda oxunan: Yuxuda at görmək nə mənaya gəlir?

67209

Yuxu mücərrəd bir anlayışdır. Yuxu yozmaları və yuxu terminləri ilk yarandığı gündən bəri filosoflar və elm adamları bununla bağlı çox araşdırma edir. Yuxuların mənasını müxtəlif yollarla izah edirlər. Belə deyilir ki, yuxu bizim ölümdən sonrakı həyatımızla da əlaqəlidir. 

Yuxularda bir çox şey görürük. Bunlardan biri də atdır. Yuxuda at görmək fərqli tərəflərə yozulur.

Bizim.Media yuxuda at görməyin hansı mənaya gəldiyi ilə bağlı qısa xülasəni sizə təqdim edir: 

El arasında yuxuda at görmək hər hansı istəyə, murada çatmağın simvoludur. Atla bağlı yuxular adətən arzuların çin olacağına işarə edilir. 

Yuxunu görən adamın qadın və ya kişi olmasından aslı olaraq yuxu yozmasını dəyişən amillərdən biridir. Belə ki, yuxuda qadınların ağ görməyi evlilik simvoludur. Kişilərdə isə bu yaxşı işin carçısıdır. 
Yuxuda at arabası görmək iş həyatı ilə bağlıdır. Yuxunu görən adam öz şəxsi biznesini quracaq və çoxdandır ki, xəyalını qurduğu işini böyüdəcək. At arabasına minmək isə bol gəlirli həyat deməkdir. Həmin şəxslər həyatlarının ən gözəl vaxtlarını yaşayacaq. 

Yuxuda bala at, yəni dayça görmək həmin şəxsin yeni bir məsuliyyətə girəcəyini ifadə edir. Buna misal kimi yeni iş və ya uşaq sahibi olmağı deyə bilərik. 

Yuxuda qaçan at görürsünüzsə bu sizin ruzi, şəfa, bərəkət və bolluq içində olacağınıza işarədir. 

Əgər yuxuda bir yox, bir neçə və ya at sürüsü görülürsə bu o deməkdir ki, həmin adamın hörməti artacaq, ona rəğbət bəsləyən insanların sayı çoxalacaq. 

Yuxuda at kəsmək bununla bağlı yuxular arasında ən xoş olmayan hadisədir. Bu halda belə şəxslər demək olar ki, səhv qərarlar verəcək. Əvvəldən bu addımı atdığı üçün həmin adamı qınayan insanlar isə təəssüf ki, haqlı çıxacaqlar. 
Yuxuda ağ atın belinə minmək isə yaxşı əlamətdir. Bu zaman arzularınız həyata keçəcək. Əgər mindiyiniz at çirklidirsə etibar etdiyiniz, güvəndiyiniz adamların paxıllığı sizi gözləyir. (Lent.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO