Gəncədə təcavüz edilən azyaşlı qızla bağlı YENİ XƏBƏR

Gəncədə təcavüz edilən azyaşlı qızla bağlı YENİ XƏBƏR

Hazırda oxunan: Gəncədə təcavüz edilən azyaşlı qızla bağlı YENİ XƏBƏR

67177

Gəncə şəhərində 2005-ci il təvəllüdlü yetkinlik yaşına çatmayan qızın zorlanaraq hamilə qalması məsələsi Ombudsman tərəfindən nəzarətdə saxlanılır.

Ombudsman Aparatından Bizim.Media-ya verilən xəbərə görə, Ombudsmanın Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə müraciəti əsasında azyaşlı Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına yerləşdirilib, onun tibbi müayinəsi və müalicəsi təşkil olunub.

Eyni zamanda, Ombudsmana müraciəti əsasında azyaşlı və ailə üzvləri müvafiq səhiyyə müəssisəsində nevroloji müayinələrə cəlb olunublar.
 

MÖVZU İLƏ BAĞLI:

Gəncədə yeniyetmə qızı zorlayan 62 yaşlı şəxsin yüksək vəzifədə çalışdığı ÜZƏ ÇIXDI 


Ailəyə sosial-psixoloji yardımın göstərilməsi məqsədilə Ombudsman tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə müraciət edilib və azyaşlı ailə üzvləri ilə birlikdə sosial xidmət müəssisəsinə yerləşdirilib.

Bununla yanaşı, ailənin sosial problemlərinin həllində müvafiq köməkliyin göstərilməsi ilə bağlı Gəncə Şəhər İcra Hakimiyyətinə müraciət ünvanlanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO