Azərbaycanda SU FƏLAKƏTİ – Vəziyyətdən xilas üçün nə etməliyik?

Azərbaycanda SU FƏLAKƏTİ – Vəziyyətdən xilas üçün nə etməliyik?

Hazırda oxunan: Azərbaycanda SU FƏLAKƏTİ – Vəziyyətdən xilas üçün nə etməliyik?

67173

Ölkə üzrə təbii su ehtiyatlarının düzgün idarə olunması hələ də problem olaraq qalır. Kənd təsərrüfatı və aqrar sənayenin böyük qismi hələ də ibtidai suvarma sistemlərinin ümidinə qalıb.

Bizim.Media xəbər verir ki, iqtisadçı-ekspert Eldəniz Əmirov şəxsi feysbuk səhifəsində su qıtlığı barəsində statistik paylaşım edib.

“Düzdür, Cənubi Qafqazda Azərbaycan su ehtiyatlarının həcminə görə acınaqlı paya sahibdir. Belə ki, Cənubi Qafqazın su ehtiyatının 310 mlrd.kubmetrdir ki, burada Gürcüstan 62 %, Ermənistan 28% paya sahib olduğu halda bizə yalnız təxminən 10% qalır”.
 

MÖVZU İLƏ BAĞLI:

1 il əvvəl 2 dəfə bahalaşan suyun qiyməti yenidən QALXIR? – Ekspert ÇIXIŞ YOLU göstərdi


AMEA-nın Coğrafiya instutunun Ekocoğrafiya şöbəsinin müdiri Ənvər Əliyevin sözlərinə görə, vəziyyət çox kritikdir və sonuncu raddədədir.

“Artıq tədbirlər planını həyata keçirmək vaxtıdır. Birinci növbədə, fay sularımızdan, yəni təbii su ehtiyatlarımızdan maksimum dərəcədə ehtiyatla istifadə etməliyik. Burada suvarma sularından söhbət gedir. Azərbaycan intensiv kənd təsərrüfatının suvarma suları 35%-i Kür-Araz ovalığına düşür. Bildiyiniz kimi bu ərazi yarım-səhra, quru çöl iqliminə sahib və buraya düşən yağıntıdan 3 dəfə çox buxarlanma gedir”.

Ekoloq suvarma sistemlərinin səmərəsizliyindən gileylənib:

“Başa düşmək lazımdır ki, ümumiyyətlə, Azərbaycanda suvarma sistemi yoxdur. Kür-Araz ovlağında istifadə olunan suvarma sistemləri sanki orta əsr belə yox, eradan əvvəl qalıb. Yəni şoran, dəniz altından çıxmış torpaqları qazırıq və onları sonra sellərlə sulayırıq, nəticədə isə əlavə şoranlaşma, təbii su ehtiyatlarından sızma, həm də buxarlanmaya səbəb oluruq”.
Ənvər Əliyev məsələnin həlli ilə bağlı təkliflərini irəli sürüb.

“Bu ərazilərdə su sistemləri təcili yenilənməlidir. Suvarma sistemləri barəsində müasir tələblərə uyğun dövlət proqramı hazırlanmalıdır. Həmin proqramda müəyyən olunmalıdır ki, bu ərazilərin bir hissəsi suvarma suyu ilə təmin olunan zaman, su daxili sızma ilə itkiyə verilməsin”.

Ekoloq iki əsas variantı nəzərə çatdırıb:

“Beton örtüklü kanallar çəkilir və damcı üsulu ilə çoxillik, yağış yağdırma üsulu ilə də birillik suvarma sistemləri həyata keçirilir. Əgər həmin sudan bircə damcı da torpağa sızırsa, bu özü də qəbahətdir. Digər bir variant da plasmas örtüklü borulardan istifadədir. Bu borulardan birillik bostan bitkilərini sulamaqdan istifadə olunur. Bağçılıq bitkiləri, bağ meyvələri mütləq damcı üsulu ilə suvarılmalıdır”.
Ənvər Əliyev məsələnin başqa tərəfini də açıqlayıb:

“Azərbaycanın böyük çayları, əsasən, may-iyun aylarında Böyük və Kiçik Qafqazdan gələn sularla qidalanır. Zamanında su ehtiyatı yaratmaq üçün müasir texnologiyalara cavab verən xırda su anbarları tikmək lazımdır. Bütün sadaladıqlarımız sudan düzgün və səmərəli istifadəyə şərait yaratmış olar”.

Mia Quliyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO