"Müxtəlif ölkələr qaz tədarükü ilə bağlı Azərbaycana müraciət edir" - Nazir müavini

Hazırda oxunan: "Müxtəlif ölkələr qaz tədarükü ilə bağlı Azərbaycana müraciət edir" - Nazir müavini

67171

"Azərbaycan xarici tərəfdaşlarının təbii qaz tələbatının maksimum təmin olunmasını hədəfləyir".

Bizim.Media xəbər verir ki, bunu energetika nazirinin müavini Elnur Soltanov qlobal çağırışların həllinin müzakirə olunduğu beynəlxalq konfransda deyib.

O bildirib ki, müxtəlif ölkələrdən Azərbaycan qazının idxalı üçün müraciətlər daxil olur.

"Məlum olduğu kimi, biz əsasən boru xətləri vasitəsilə qaz ixrac edirik. Amma alternativ yollarla nəql üçün də işlər aparılır. Azərbaycan qazına tələb böyükdür, bu, böyük məsuliyyətdir və ölkəyə əlavə investisiyaların cəlb olunması üçün işlər aparılır", - deyə o bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO