Hər kəsin öz həyat tərzinə görə sevgisi və ya sevgi anlayışı var. Ancaq buna təsir edən ən əhəmiyyətli şeylərdən biri də bürcünüzdən irəli gələn aşiq olmaq xüsusiyyətlərinizdir. Hər bürcün nümayəndələrində bu ciddi fərqlilik göstərir.
Bizim.Media bürclərin necə aşiq olduğu sualına cavab axtarıb:
Qoç
Qoçlar o qədər soyuqqanlı və rahatdırlar ki, heç nədən qorxub, çəkinmirlər. Sevmədikləri insanlarla hətta məntiqlə də yola getmirlər. Bəyənsələr, sevdikləri adam uğrunda sona qədər mübarizə aparırlar. Və sonda çox güman ki, onlar öz məqsədlərinə nail olacaqlar. Qoç bürcünün sevgisini qazanmağın yeganə yolu onun həvəsini canlı saxlamaqdır.
Buğa
Buğaların güvən problemləri eşq həyatında da onları qarabaqara izləyir. Əvvəla onu qeyd edək ki, buğa çox sadiqdir. Onlar ideal həyat yoldaşı olurlar. Saf sevgi onlar üçün real deyil. Onlar o qədər məntiqlə hərəkət edirlər ki, nadir hallarda səhv edirlər. Buğalar özlərinə yaraşmayan və mənasız insanlarla yola getmirlər. Çox asan aşiq olmurlar, aşiq olsalar, ölənə qədər sevirlər.
Əkizlər
Əkizlər bürcü ilə olmaq heç vaxt asan deyil, çünki onların əhvalı ipdən asılıb. Onlara güvənmək çətindir, çünki hisslərini göstərmirlər. O, həmişə axtarışdadır və siz bunu hiss edirsiniz. Əgər onun emosiyalarının dəyişkənliyi onun xarakterində və hərəkətlərində özünü göstərirsə, deməli, bu insanla problem yaşayacaqsınız. Lakin əkizlər bütün kriteriyalarına cavab verən birini tapdıqda, aşiq ola bilirlər. Onlarla münasibətin uğurla davam etməsi üçün, ilk növbədə zehnlərini ələ almaq lazımdır.
Xərçəng
Bu bürcün insanları aşiq olduqları zaman çox fədakar olurlar. Xərçənglər sevdikləri üçün hər şeyə dözə bilirlər. Bu bürcün adamı tam bir ev heyvanı həvəskarıdır, evlərini sevir. Güvənmədiyi, inanmadığı insanı sevsə belə, yanında olmayacaq. Güvənmək və inanmaq istəyirlər. Onun etibarını qırmayın. Emosional və romantik sürprizlər etməyi bacarmırsınızsa, xərçənglərə aşiq olmağı unudun.
Şir
Bu bürcün insanları dəlicəsinə aşiq olmaq istəyirlər. O, aşiq olmadığı kişi ilə ola bilməz. Birlikdə olduğu insanın yanında gözəl görünməsini istəyir, çünki bunu dosta da, düşmənə də göstərmək istəyəcək. Onunla olmaq istəyirsinizsə, səxavətli olmalı və ona meydan oxumamalısınız. Onun qürurunu incitməkdən çəkinməlisən.
Qız
Vasvası və tənqidçi qız bürcü də ilk növbədə zahiri görünüşdən təsirlənir. O, sevgisini çox göstərə bilməz, ona görə də onu mühakimə etməyin. İçəridən sevir. Əgər səni sevmirsə, münasibətdən asanlıqla qopacaq. O,hər şeydə sevgi axtarır. Bəlkə də çox tənqid edir və hər şeyi ən yaxşı bildiyini düşündüyü üçün qız bürcü ilə birlikdə olmaq üçün bir az dözümlü olmaq lazımdır.
Tərəzi
Tərəzi əsl sevgi bürcüdür. Flört və romantika onlara xasdır. Lakin sevmədiyi biri ilə deyil. Sevdiklərinə də sadiq həyat yoldaşları olurlar. Və sevgiləri üçün hər cür fədakarlıq edirlər. Tərəzi nə qədər çox sevsirsə, bir o qədər də sevilmək istəyir. Onların tarazlığını pozmamaq üçün sevginizi və şəfqətinizi bu bürcdən əsirgəməyin. Çünki özünü sevilmədiyini hiss etdiyi an səni tərk edəcək.
Əqrəb
Bu bürcün insanları ehtirasla sevirlər. Çox qısqancdırlar, amma bunu göstərmirlər. Onların intuisiyaları o qədər güclüdür ki, görməsələr də hiss edirlər və qisasları acı olacaq. Ona görə əqrəbi aldatmağı ağlınıza belə gətirməyin. Çünki ehtiras həm də qisas kimi duyğulara yol açır.
Oxatan
Oxatanlar maraqlandığı hər şeyi yaşamağa çalışır, buna görə də onun macəraçı olduğu deyilir. Sevgidə də oxatanlar onları maraqlandıran hər bir insanı kəşf etmək istəyirlər ki, bir çox insan onların həyatına girə bilsin. Birlikdə olduğu insana mütləq maraq axtarırlar, həqiqətən aşiq olduğu zaman isə maraqlı nələrsə tapmağı hər zaman bacarırlar. Oxatan adamlarını saxlamaq bir az çətindir, ona görə də ağıllı və həssas olmaq onları fəth etmək üçün ən yaxşı variantdır.
Oğlaq
İdealist Oğlaq kişisi çətin şəraitdə doğulub və heç də asan aşiq olmurlar. Evini, adət-ənənələrini sevir. Onun həmişə görüləcək işlər siyahısı var. Özlərinə yaraşmayan, ailəsinə yaraşmayan biri ilə ola bilməzlər. Oğlaq kişisi ilə birlikdə olmaq bir imtiyazdır. Evdar və yaxşı dinləyicidir. Hər şeydən əvvəl o, sizin dostunuz olur. Amma mən inadkar və sərt Oğlaqları nəzərdə tutmuram, diqqətli olun! Oğlaq bürcü ilə birlikdə olmaq üçün əvvəlcə onun ailəsinin etimadını qazanmalısınız.
Dolça
Fərqli düşüncəli və qeyri-adi dolçanı cəlb etmək o qədər də asan deyil. Onu heyran etmək üçün başqalarından fərqlənməlisən. Hər şeydən əvvəl, zehninizə diqqət yetirəcəklər. Daha sonra baxımlı olmağınızı və idmanla məşğul olmanızı bəyənəcəklər. Dolça bürcü həm də işiniz və cəmiyyətdəki statusunuzla yaxından maraqlanır. İstəyəcək ki, onunla hər mövzuda söhbət etməyi bacarasınız. İlk öncə onun düşüncələrinə girməyə çalış, əgər bacarsan, ürəyi sənindir.
Balıq
Balıqların qəlbini bir neçə romantik sözlə asanlıqla fəth edə bilərsiniz. Vicdanlı və qayğıkeş insanlar həmişə balıqların diqqətini çəkir. Əgər siz yaradıcı və romantiksinizsə, o, sizdən heç vaxt imtina etməz. Özünüzü onunla birlikdə təsəvvür edin və bunu daima ona hiss etdirin. Əgər buna nail ola bilsəniz, balıqlarla eşq həyatında problem yaşamayacaqsınız.
Bizim.Media