Azərbaycan Ziyalılar Birliyinin rəhbəri, Milli Şuranın Koordinasiya Şurasının üzvü, görkəmli ziyalı Eldəniz Quliyev Milli Şuranın sədri, professor Cəmil Həsənlini ad günü münasibəti ilə təbrik edib. E.Quliyev Moderator.az-a açıqlamasında təbrikləri ilə yanaşı qonaqlıq tələbi də səsləndirib:
“Cəmil müəllim Azərbaycanın
həqiqətən də barmaqla sayılacaq ləyaqətli insanlarından biridir. Ədalət
uğrunda, haqq uğrunda mücadilə aparan bir şəxsiyyətdir. Mən hələ onun elmi
nailiyyətlərini, müəllifi olduğu kitabları demirəm. Cəmil bəy hər şeydən öncə
bir insan kimi başqalarına nümuə olacaq ləyaqətli bir insandır. Mən təəccüblənirəm
ki, niyə bu sözləri Cəmil bəyin üzünə tost formasında demirəm?
Bizim Cəmil müəllimlə əməkdaşlığımız,
dostluğumuz təkcə Milli Şurada yox, ondan daha əvvəl, Ziyalılar Forumundan üzübəri
davam edir. Cəmil müəllimin ən müsbət xüsisiyyətlərindən biri odur ki, o, siyasətlə
əxlaqla məşğul olmaq nümunəsi göstərdi. Onu bir daha təbrik edir, bağrıma
basıram”x9d.
Seymur Əliyev



























































































