Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əcnəbi ölkədən qeyri-qanuni yolla ölkə ərazisinə gətirilmiş narkotik vasitəni onlayn yolla sifariş kimi qəbul edərək ölkə ərazisində çatdırılmasını təmin edən narkokuryerlər saxlanılıb.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, araşdırmalar zamanı məlum olub ki, Ucar rayon sakini, əvvəllər məhkum olunmuş Nicat Əhmədov və bacısı Minayət Əhmədova sosial şəbəkələr üzərindən əcnəbi vətəndaş ilə müəyyən məbləğ və narkotik vasitə qarşılığında Ağstafa rayonu ərazisində gizlədilən narkotik vasitəni götürərək respublikanın digər şəhər və rayonlarına aparmaq barədə razılaşıblar.
Həmin şəxlər Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılan zaman əyləşdikləri taksidən 1 kiloqram 850 qram heroin, 1 kiloqram 880 qram marixuana və 140 qramdan artıq metamfetamin aşkar edilərək götürülüb.
Saxlanılan şəxslər maddi sübutlarla birlikdə istintaqa təhvil verilib.
Məqsəd Rəhimov, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:34 / 30.03.2022
Azərbaycanda qardaş-bacı tutuldu - FOTO
Hazırda oxunan: Azərbaycanda qardaş-bacı tutuldu - FOTO
Hazırda oxunan: Azərbaycanda qardaş-bacı tutuldu - FOTO
67096
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.