“Google”da işə başlayan azərbaycanlı gənc kimdir? - FOTO

“Google”da işə başlayan azərbaycanlı gənc kimdir? - FOTO

Hazırda oxunan: “Google”da işə başlayan azərbaycanlı gənc kimdir? - FOTO

67086

Bakı Ali Neft Məktəbinin (BANM) məzunu Rəhim Rəhimli dünyanın ən böyük axtarış sistemi və reklam sahəsində ixtisaslaşmış transmilli şirkəti “Google”da işə qəbul olunub. 

Bizim.Media xəbər verir ki, o, 2013-cü ildə 680 balla BANM-in Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasına daxil olub.

Prezident təqaüdçüsü Rəhim Rəhimli Ali Məktəbi 2018-ci ildə Fərqlənmə diplomu ilə və ixtisas birincisi olaraq bitirib.

Qeyd edək ki, “Google” dünyanın ən böyük axtarış sistemi və reklam sahəsində ixtisaslaşmış ABŞ-də yerləşən transmilli şirkətdir. “Google” internetdə yerləşən bir çox xidmət və məhsullara sahiblik etməklə yanaşı, onları inkişaf etdirir.
Gəlirinin böyük hissəsini “AdWords” proqramı ilə reklamlardan əldə edir. Şirkətin yaradılmasında məqsəd dünyadakı məlumatları təşkilatlandırmaq və əlçatan etmək olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO