Polad Həşimovun adını daşıyan gəmi suya buraxılır - FOTO

Polad Həşimovun adını daşıyan gəmi suya buraxılır - FOTO

Hazırda oxunan: Polad Həşimovun adını daşıyan gəmi suya buraxılır - FOTO

67079

Bu gün general Polad Həşimovun adını daşıyan gəmi suya buraxılacaq.

Bu barədə Bizim.Media-ya tədbirdə aparıcı qismində çıxış edəcək hərbi-siyasi ekspert Elçin Axundzadə məlumat verib.

Canlı tədbir Bakı vaxtı ilə 30 Mart saat 3-də  keçiriləcək. Şəhid generalın adını daşıyan gəmi Palmali Şirkətlər Qrupuna məxsusdur. Məqsəd ikinci Qarabağ müharibəsində Azərbaycanın qəhrəmanlıq simvolu olan Milli Qəhrəman Polad Həşimovun əziz xatirəsinin əbədiləşdirilməsidir.

Dünən Mübariz Mənsimovla görüşümüzdə də, o bu məqamı xüsusilə vurğuladı.  

Tədbirlə əlaqədar olaraq general Polad Həşimovun anası Səmayə xanım və bacısı da Mübariz Mənsimov tərəfindən İstanbula dəvət edilib.

Həmçinin general Polad Həşimovun anası ilə şəxsən görüşən və onun əllərindən öpən Mübariz Mənsimov Səmayə xanıma onun heç vaxt tək olmadığını və artıq Türkiyədə də bir oğlu olduğunu bildirdi.
Gəminin sudan yola salınmasında Azərbaycandan və Türkiyədən xeyli sayda qonaqlar iştirak edəcəklər. Tədbir Yalovada Doğruyol tərsanəsində baş tutacaq.

Leyla Şah, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO